DEPUTATLAR GÖMRÜYÜN SƏDR ƏVƏZİNİ "DİVARA DİRƏDİ": "Bu, axı 7-8 dəfə baha ola bilməz" - "İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma..."
13-12-2022 [12:34]
"İnsanlar indi müxətlif xəstəlikdən əziyyət çəkir”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bugünkü iclasda deyib.
O bildirib ki, şair Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır: "Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır".
Deputat Ziyad Səmədzadə isə deyib ki, adambaşına düşən dərman xərclərinə görə Azərbaycan MDB ölkələrindən fərqlənir: “Xüsusilə şəkər xəstəlikləri üzrə dərmanı qeyd etmək istəyirəm. Türkiyədə bu dərmanı 15 manata alırlar, burada isə qiyməti 78 manatadır. Dərman məsələsi təkcə Dövlət Gömrük Komitəsinin işi deyil, eyni dərmanı gətirən şirkətlərin fəaliyyəti ilə bağlıdır”.
Deputat Məşhur Məmmədov da dərmanların baha olmasına etiraz edib.
O deyib ki,Dövlət Gömrük Komitəsi 100-200 dərmanın ölkəyə hansı qiymətlə daxil olmasını açıqlamalıdır.
Onun sözlərinə görə, apteklər deyir ki, gömrük bizdən yüksək rüsum alır: "Təklif edərdim ki, Komitə 100-200 dərmanın gömrükdən keçmə qiymətlərini dərc etsin. Mənə elə gəlir ki, bu dərmanların qiymətinin müəyyən qədər enməsinə səbəb olar".
Gömrük Komitəsinin sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov iisə iddia edib ki, Gömrük Komitəsinin dərmanların qiymətinə təsiri yoxdur, olsa da cüzidir: "Biz bir çox hallarda dərmanları külli miqdarda buraxa bilmirik. Məsələn, aspirinin nə qədər gətirilməsinə heç bir gömrükçü etiraz etməyəcək. Ancaq elə dərmanlar var ki, ona nəzarət etmək lazımdır. Qiymət məsələsinə gəldikdə, dərmanların qalxmasında gömrüyün rolu yoxdur. Bildiyim qədəri ilə, apteklərdə dərmanlar Tarif Şurasının müəyyən etdiyi həddən yuxarı satılmır. Əgər bu baş verirsə, bu başqa məsələdir".
Xatırladaq ki, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov da iştirak edib. O, xarici ölkələrdən şəxsi ehtiyacı üçün xəstələrin gətirdiyi dərmanlara da limit tətbiq olunacağının anonsunu verib. O bildirib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparılır.
Mia.az
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi
Siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir
Rövnəq Abdullayevin kürəkəninin bankı iclas çağırdı - Banka yeni vəsait cəlb edilib
Nazir İH sədrinə daha bir müavin təyin etdi - Eşqin Bayramov kimdir?
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
"Əgər Qrenlandiyanı biz almasaq, Rusiya və ya Çin alacaq" - Tramp iddiasını yenilədi, NATO-nu aşağıladı
Bakıda 66 yaşlı kişi dəm qazından ölüb
Baş məşqçi: "Bu komandanı Super Liqaya çıxarmaq üçün çalışacağıq"
Şamaxı rayonunda zəlzələ olub
Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
"İnter" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?