Şirvanda hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu

img

11-12-2022 [10:45]


Şirvanda ayrı-ayrı vətəndaşlardan oğurluq etməkdə, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR