Sabiq müstəntiq və polis hakim qarşısında: "21 il sonra nə dəyişdi ki, mənə belə ağır ittiham verildi?”
07-12-2022 [16:04]
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ramin Talıbovun 2001-ci ildə prokurorluqda verdiyi ifadəsi elan olunub.
O, həmin ifadəsində Hindistan vətəndaşlarının yaşadığı Əmircan qəsəbəsinə bir neçə polis əməkdaşları ilə getdiklərini deyib. Bildirib ki, həmin ünvana 27-ci polis bölməsinin rəis müavini Ülvi Allahyarovun göstərişi ilə gediblər. Amma ifadədə Samir Kərimovun onlarla getdiyini deməyib.
Samir Kərimov və vəkilləri Ramin Talıbovun bu ifadəsi ilə sonrakı ifadələri arasında ziddiyyət olduğunu deyiblər. Ramin Talıbov isə səslənən ifadəsini təqsidləyib və ona məxsus olduğunu bildirib.
Ramin Talıbov o dövrdə ifadəni Samir Kərimovun təsiri altında verdiyini deyib: “Həmin vaxt Samir Kərimov Bakı şəhər Prokurorluğunda mühüm işlər üzrə müstəntiq idi. Mənə dedilər ki, bu ifadəni belə ver, imza at. Mən də ona görə Samir Kərimovun adını çəkməmişəm. Sonradan Samir Kərimov prokurorluq orqanlarından xaric olunub və bundan sonra verdiyi ifadələrimdə həqiqəti demişəm. Mən daxili işlər orqanlarında qüsursuz xidmət etmişəm, qısa zamanda yüksək vəzifələrə qalxmışam. Bu hadisələr mənim karyerama zərbə oldu. Daxili işlər orqanlarında töhmətlə xaric olundum. Bu hadisələrə kimi Samir Kərimovu tanımamışam.
Orqandan xaric olunandan sonra depressiyaya düşdüm. Uzun müddət özümə gələ bilmədim. Bu hərəkət məndə 2004-cü ilə kimi davam etdi. 2004-cü ildə isə rəsmi qaydada prokurorluq orqanlarına müraciəöt etdim və barəmdə aparılan istintaqla maraqlandım. Bildirdim ki, mənim işimi Samir Kərimovun işindən ayrılsın, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilməmə dair cinayət işi ayrıca icraatda məhkəməyə göndərilsin.
Amma bunu istintaq etmədi. İşin üstündən 21 il keçəndən sonra barəmdə Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olundu. 21 il sonra nə dəyişdi ki, mənə belə ağır ittiham verildi. Bunu başa düşmürəm”.
Daha sonra təqsirləndirilən şəxs qismində Samir Kərimov sərbəst ifadə verib. O, barəsində elan olunan ittihamlar üzrə özünü təqsirli bilməyib. Bildirib ki, istintaq orqanı ittiham irəli sürərkən mötəbər sübut, dəlil ortaya qoya bilməyib: “Mən Hindistan vətəndaşı olan şəxslərdən rüşvət tələb etməmişəm. Bu mənə qarşı qurulmuş bir plandır”.
Sabiq müstəntiq deyib ki, 2001-ci il oktyabrın 1-də Hindistan vətəndaşlarının yaşadığı evə silahlı hücumun olması və onların külli miqdarda pulunun maskalı şəxslər tərəfindən oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub:
“Bununla bağlı şikayət əsasında Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hindistan vətəndaşlarından Bakı şəhər Prokurorluğunun istintaq idarəsində ifadələri alınıb.
Bir qədər sonra iş alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Hindistan vətəndaşları oktyabrın 7-də verdikləri ifadələrində üç nəfər üzü maskalı şəxsin basqın etdiyini bildiriblər. Amma sonradan ifadələr dəyişdiriblər. Onlar üç polis əməkdaşının rüşvət tələb etdiklərini yazıblar. Noyabrın 7-dən sonra isə onların ifadələri rüşvətlə bağlı alınmağa başlayıb. Həmin Hindistan vətəndaşlarından biri – Mala Sabinyan rus dilində ifadə verib. Onun rus dilini bilməməsi, rus dilində ifadəsinin alınmasına istintaq fikir verməyib. Həmin ifadə əsasında quldurluq cinayəti ilə başlanan cinayət işi sonradan rüşvət alma ittihamına çevrilib”.
Samir Kərimov deyib ki, müstəntiq işlədiyi dövrlərdə bir çox səs-küylü cinayət işləri onun icraatında aparılıb, amma həmin işlər barəsində olan cinayət işinə əlavə olunmayıb. Qeyd edib ki, “Sadvalçı”lara qarşı aparılan istintaq hərəkətlərində iştirak edib, 6 nəfərin həbsi ilə bağlı əməliyyatların iştirakçısı olub.
Samir Kərimov qeyd edib ki, müstəniq olduğu dövrlərdə gördüyü işlər Baş prokurorun müavini olmuş, hazırda isə Konstitusiya məhkəməsinin hakimi İsa Nəcəfovla müzakirə edilib. Onun sözlərinə görə, gördüyü bütün işlər Bakı şəhər prokuroru olmuş Ədalət Mirsalamlının nəzarətində olub. Samir Kərimov bildirib ki, heç bir qanunsuz hərəkətə yol verməyib.
Sabiq müstəntiq deyib ki, barəsində qurulan ittihamın saxtadır, Aydın Abbasovun sifarişi ilə ona rüşvət alma ittihamı verilib. Həmin dövrdə “Xəyal Kompani” şirkəti ilə bağlı cinayət işinin icraatını aparıb: “Sonradan bildim ki, bu şirkət baş nazirin keçmiş müavini Abas Abbasovun oğlu Aydın Abbasovun himayəsi altında olan şirkətdir. Şirkət başqa bir şirkətə birləşdirildi. Bildim ki, bu şirkət onlara məxsus olub”.
Samir Kərimovun sözlərinə görə, Ülvi Allahyarovun hindistanlıların yaşadığı evdə axtarış aparılması ilə bağlı ərizəsi cinayət işində yoxdur: “Bu da mənim təqsirsiz olmağıma sübutdur. Deyirlər ki, hindistanlıların yaşadığı ünvana polislər gedib. Həmin adamlar polis formasında olub. Prokurorluğun adını çəkən olmayıb. Bir nəfər desin ki, mən orada olmuşam. Belə bir faktı deyən olsa, mən kənara çəkilərəm, cəzamı da çəkərəm.
Bütün bu olaylar Aydın Abbasovun tapşırığı ilə şişirdilmiş bir işdir. Aydın Abbasov mənə zəng etdi və hindistanlılarla bağlı cinayət işi apardığımı, Əmircan qəsəbəsində yaşadıqları ünvana gedib-getmədiyimi soruşdu. Həmin ünvana getmədiyimi bildirdim. Xeyli vaxtdan sonra Aydın Abbasov yenə də zəng etdi. Məni təhqir elədi, başıma oyun açacağını dedi.
Bundan sonra Aydın Abbasov Baş Prokurorluqda qəbula getdi. 2002-ci il martın 23-ə qədər işlədim. Amma mənim icraatına iş verilmədi. Heç çağırıb məni dindirən də olmadı. Martın 23-də Zakir Qaralovun əmri ilə işdən azad olundum. Vəzifədən azad olunduqdan sonra may ayına qədər gözlədim, yenə də məni çağırıb dindirmədilər.
Bundan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə getdim və idarənin rəisi Tahir Kazımovla görüşmək istədim. Tahir Kazımov həmin vaxt idarədə deyildi. Məni orada müavini məni qəbul etdi, Nurəddin adlı müstəntiqi çağırdı. Məni həmin müstəntiqə tapşırdı, bildirdi ki, prokurorluqda işləyib, məni dinləsin. Sonradan həmin müstəntiqə ifadə verdim. Mənə dedi ki, get, sənlik bir iş yoxdur. Mən də getdim.
Sonradan isə iş üzrə şahidlər dindirilib. Amma məni tanımaya çağırmayıblar, məni heç kimlə üzləşdirməyiblər”.
Samir Kərimov bildirib ki, Azərbaycanda iş tapa bilmədiyi üçün Rusiyaya gedib. Moskavada vətəndaşlıq aldıqdan sonra orada vəkil işləmək üçün müvafiq quruma müraciət edib: “Azyaşlı övladlarım vardı. Onları dolandırmalı idim. Vəkil kimi işə başlayandan sonra Rusiyadakı səfirlikdə qeydiyyata düşdüm. Qanunla nəzərdə tutulmuş qaydada ikili vətəndaşlıqla yaşmağa başladım. Səfirliyin bütün kütləvi tədibrlərində iştirak edirdim. Amma heç kim mənə axtarışda olduğumu demirdi. Bu illər ərzində dəfələrlə Azərbaycan gəlib-getmişəm. Heç kim mənə bir söz deməyib. 2022-ci ildə Azrbaycana gəldim və burada qeydiyyata düşən zaman barəmdə cinayət işi olduğunu bildirdilər. Sonra prokurorluq əməkdaşları məni həbs etdilər”.
Samir Kərimov bildirib ki, şahidlərə onun fotoları göstərilib, amma heç kim onu tanımayıb: “Sonradan barmaqla məni göstəriblər. Şahidlərə məni tanıtdırıblar. Belə istintaq aparmaq olar? Burada yazılanlar cəfəngiyyatdır. Mənim günahlım yoxdur. Xahiş edirəm barəmdə olan cinayət işinə xitam verəsiz”.
Növbəti proses dekabrın 12-də davam edəcək.
İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar (o vaxtkı məzənnə ilə 1 milyard 400 min manat – red.) pul tələb ediblər, son nəticədə 20 min manat alıblar.
Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilib.
İstintaq sənədlərinə görə, Samir Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.
Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi.
Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.
Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.
Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.
Yol kənarındakı səkiyə çıxan maşın ana-balanı vurdu - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tələbə köçürülməsi prosesi başlayıb
Səbayıl Bağırovla müqaviləyə xitam verilib
"Fənərbağça" ulduz futboçu üçün "PSJ"yə təklif göndərib
Qəzzada son 24 saatdakı itki açıqlandı
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ - Əbu-Dabidən gözlənti (TƏHLİL)
Fiaskoya uğrayan baramaçılıq: 32 dəfə az istehsal və... - "Cavabdeh qurumlar və şəxslər hesabat verməlidirlər"
İlham Əliyev BƏƏ-də - FOTOLAR (YENİLƏNİB)
Ali Koç futbol klubu alıb? - "Fənərbağça"dan açıqlama
"Qalatasaray" hücümçusunu icarəyə verib
"Benfika" yeni idman direktoru gətirib
Nikolo Zaniolo "Qalatasaray"da qalmaq istəyir
"Beşiktaş" sabah ilk yoldaşlıq matçına çıxacaq - TƏQVİM
"Beşiktaş" Orkun Kökçünü transfer edir
"Qalatasaray" Viktor Osimhenin transferini həll edir
XİN-dən sərt cavab gəldi: "İranın Ermənistandakı səfirinin iddiaları riyakarlıqdan başqa bir şey deyil"
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
DAHA BİR QHT SƏDRİNİN HƏBSİ... - Məhkəmədən qərar
Ali Məhkəmədə dəyirmi masa keçirilib
Bəşir Süleymanlının həbs müddəti... - Məhkəmə qərar verdi
Sabah hava necə olacaq? - Proqnoz
Mənsur Yavaş istefa anonsu verdi: "Əgər əsas məqsəd CHP-li bələdiyyə sədrlərinə mane olmaqdırsa..."
İsrail Qəzzanı yenə bombalayıb - 26 fələstinli həlak olub, aralarında uşaqlar da var
Məmməd Alpayın həbs müddəti uzadılıb
Pensiyalar ayın neçəsi veriləcək? - Açıqlama yayıldı
Daxili İşlər Nazirliyi sürücülərə xəbərdarlıq edib
Trampın səsi yazıldı: "Putinə dedim ki, Moskvanı yerləbir edənə qədər bombalayaram"
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO
Netanyahu: "Qəzzada əməliyyatımız dayanmayacaq" - "HƏMAS bir daha burada mövcud olmayacaq"
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
Azərbaycan nefti bahalaşdı
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - 20 nəfər xəsarətləri alıb
Iki eşşəyin arpasını bölə bilməyənlər... - Təbriz VƏFALI YAZIR
İqlim dəyişikliyi: Avropada bu səbəbdən ölənlərin sayı üç dəfə artıb
Qəzzada meningit halları çoxalıb - Azyaşlılar arasında
Texasda sel: 160-dan çox insan yoxa çıxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov: "Peşə bayramınız mübarək!"
Amerikalı "Fənərbağça"dan Atatürkün məşhur ifadəsiylə ayrıldı - FOTO
Türkiyənin ən güclü partiyası:... - Sorğu
Trampdan Putinə qarşı U dönüşü - Şahin Cəfərli yazır