Bakıda "hotel meneceri" saxlanılıb - Açıqlama (FOTO)

img

06-12-2022 [11:04]


Bakıda "hotel meneceri" saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub: "O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.

Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılır. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR