İmişlidə qətl: 28 yaşlı gənci öldürüldü - Həbs olunan var

img

02-12-2022 [21:15]


İmişlidə 28 yaşlı gənci öldürülüb.

Mia.az DİN-in mətbuat xidmətinə istinadla bildirir ki, dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR