Bakıda maşının vurduğu qadın hadisə yerində ölüb

img

21-11-2022 [10:58]


Bakıda maşının vurduğu qadın hadisə yerində ölüb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR