İlham Əliyev “Mother Albaniya” abidəsini ziyarət edib

img

15-11-2022 [17:19]


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üç metrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA