Prezident: "Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var"

img

15-11-2022 [16:35]


"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var".

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.

O bildirib kiŞ biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik: 

"Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA