İki nəfərin bir milyon manata yaxın pulunu ələ keçirən şəxs saxlanılıb

img

11-11-2022 [11:55]


İki nəfərin bir milyon manata yaxın pulunu ələ keçirən Cəlilabad sakini saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265 000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647 000 manat pul alması barədə müraciət daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR