“Baku Bus”un sürücüsü həbs olunub

img

11-11-2022 [11:40]


“Baku Bus”un sürücüsü həbs olunub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR