Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-11-2022 [00:04]
Qoç - fəaliyyət sahəsində anlaşılmazlıqlar və çətinliklər ola bilər. Planlaşdırılmış görüşü təxirə salmalı olacaqsınız. Bəzi işləri ertələyin. Sakit və təmkinli davransanız, qarşılaşdığınız çətinlikləri dəf edəcəksiniz.
Günün ikinci yarısıda yeni müttəfiqlərlə çalışa bilrsiniz. Onların sayəsində çoxdankı rəqiblərin öhdəsindən gələ bilərsiniz.
Toplantılara, insanların gur olduğu yerlərə yollanmaq üçün əlverişli zaman deyil. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin. Həzm sistemində problemlər yarana bilər. Kulinar eksperimentlərdən imtina edin.
Buğa - aktiv fəaliyyət üçün əlverişli zamandır. Yorucu, mürəkkəb, xüsusi bacarıq və bilik tələb edən məsələlərdən qaçmayın. Əsas nüansa diqqət yetirərək ikinci dərəcəli məqamları arxa plana keçirin. Mühüm problemin həlli ilə məşğul olarkən kiçik işləri yardımçı və ya şəriklərinizə həvalə edin.
Günün ikinci yarısında özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq diqqətsizliyə və səhvlərə səbəb olur.
Əkizlər - yaxınlarınızla dil tapmaqda çətinlik çəkəcəksiniz. Adi günlərdən fərqli olaraq onlar daha müfəssəl və geniş izahat tələb edirlər. Travma riskli gündür. Sükan arxasında diqqətli olun, iti alətlər və alovla ehtiyatlı davranın.
Problemlər az deyil. Heç gözləmədiyiniz müstəvi və sahələrdə çətinliklərlə qarşılaşacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları və münaqişələr mümkündür. Həmkarlarla mübahisə etməyin. Maliyyə məsələlərinə görə ixtilaflar yaratmayın. İş yerindəki müəyyən diskomforta rəğmən uğurlarınız ətrafınızdakı insanlarda paxıllıq hissi yaradacaq.
Xərçəng - alış-veriş üçün münasib gün deyil. Qənaətli davranın, amma simiclik etməyin. Yaşlı qohumlarınız sizə mənəvi dəstək və yaxşı məsləhətlər verəcəklər.
Vaxtınızı mənasız işlərə sərf etməyin. Maraqlı və məhsuldar gündür. Yaranan imkanlardan yararlanın. Önəmli işləri ertəmələyin, problemlərin çözümünü təxirə salmayın.
Axşam saatlarına yaxın yeni işə başlayın. Tərəfdaşlarla səyləri birləşdirmək gərəkdir. Görüləcək işlərin miqyası sizi narahat etməsin. Hətta ən mürəkkəb layihələri vaxtında başa vuracaqsınız.
Şir - fəaliyyət sahənizdə ciddi irəliləyişə nail olmaq üçün aktiv işləyin. Uğurlarınızdan dostlarınızla bahəm, bədxahlar da xəbər tutacaqlar. Onlar sizə zərbə vurmaq istəyəcəklər.
Lakin müsbət təmayüllərin təsiri güclü olduğundan işlərinizə kimsə mane ola bilməyəcək.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər rəvan və harmonik olmalıdır. Romantika, macəra, sərgüzəşt arayırsınızsa, diqqətli davranın. Yaradıcılıq potensialınız yüksəkdir.
Qız - günlə bağlı planlaşdırdığınız işlərin hamısının öhdəsindən gəlmək asan deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Tərəfdaş və ya şəriklərin yardımlarından yararlanaraq sədləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında yeni tərəfdaşla tanış olacaqsınız. Əməkdaşlıq çox məhsuldar ola bilər.
Maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızı düşünülməmiş şəkildə sərf etməyin. Gərəksiz əşyalar almayın. Sevdiyiniz insanla axşam saatlarında ünsiyyətdə ehtiyatlı olun.
Tərəzi - işgüzar danışıqlar aparmaq üçün münasib zamandır. Uzaqdan gəlmiş insanlarla təmaslarda sayıq olun. Kommersiya və ya bizneslə məşğulsunuzsa, fəaliyyət sahəsini genişləndirmək olar. Sərfəli anlaşma üçün müzakirələrə başlayın. Düşünülmüş planla yanaşı, sərmayəyə ehtiyacınız var.
Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. Ümumi ab-havanı yaxşılaşdırın.
Axşam saatlarına yaxın şəxsi münasibətlərdə problemlər yarana bilər. Adi günlərlə müqayisədə yaxınlarınızla təmaslarda çətinliklər olacaq. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
Əqrəb - dəyərli və aktual informasiya alacaqsınız. Məlumatdan işlərinizdə irəliləmək üçün maksimum dərəcədə sürətlə istifadə etməyə can atın. Zaman indi bədxahlarınızın xeyrinə işləyir. Fürsəti fövtə verməyin.
Günün ikinci yarısında yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı danışıqlara start vermək olar. Perspektiv saydığınız layihəyə sərmayə yatırın.
Axşam saatları xoş sürprizlər vəd edir. Arzunuzu, niyyətinizi gerçəkləşdirə bilərsiniz. İntuisiyanıza güvənin: o, sizi ən çətin məqamda xilas edəcək.
Oxatan - kiçik problemlər, anlaşılmazlıqlar, ləngimələr səbrinizi tarıma çəkə bilər. İşdə bəzi həmkarlarınızın davranışı sizə yolverilməz təsir bağışlayacaq. Yaşananlara münasibətinizi aşkar nümayiş etdirsəniz, münasibətlər sürətlə pisləşəcək. Əməkdaşlıq gərəkli nəticə vermir.
Günün ikinci yarısında nüfuzlu şəxslə təmaslarda diqqətli olun. Sözlərinizə fikir verin. Maliyyə problemləri istisna deyil. Alış-verişi təxirə salın.
Yaxınlarınızın dəstəyinizə və yardımınıza ehtiyacı var. Ümumi mənafe naminə bəzi maraqlarınızı unutmağı bacarın.
Oğlaq - təfərrüatlara və detallara xüsusi diqqət tələb edən işə başlayıbsınızsa, sayıq olun. Təxribatlara uymayın. Etimada layiq olmayan insana inanmayın. Manipulyasiyalar qurbanına, başqasının əlində oyuncağa çevrilməyin.
Maliyyə məsələlərində tələsik qərarlar verməyin.
Günün ikinci yarısında məişət texnikası, kompüter, smartfon almağa dəyməz.
Axşam saatlarında gəzintiyə çıxın. Romantik görüş üçün pis zaman deyil.
Dolça - nəzərdə tutduğunuz işi reallaşdırmaq asan deyil. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla irəliləyin. Həlli ağır problemi təkbaşına çözmək məsləhət deyil. Yardım istəyə bilərsiniz.
Xoşagəlməz xəbər alacaqsınız. Lakin bu informasiya sizi düşünülməmiş, emosional addımdan çəkindirəcək.
Günün ikinci yarısında maliyyə məsələlərində problemlər yarana bilər. İtki riski var. Bəzi fikir ayrılıqlarına rəğmən yaxınlarınızla münasibətləri rəvan, harmonik edin.
Balıqlar - şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızla təmaslarda diqqətli davranın. Sevdiyiniz insanların istəklərini anlamağa çalışın. Ev işləri və məişət qayğılarının çözülməsi üçün əlverişli zamandır.
Günün ikinci yarısında kulinar eksperimentlər etmək olar.
İşdə uğurlar o qədər də önəmli olmayacaq. Fəqət, ən kiçik irəliləyiş və ya nailiyyətiniz yaxın ətrafınızdakı bəzi insanların paxıllığına səbəb olacaq. Fəaliyyət göstərdiyiniz strukturda rəhbərliklə fikir ayrılığı istisna deyil. Münasibətləri korlamayın, ümumi məxrəcə nail olun.
Milli.Az
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub