Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 min dollar olan çantanı oğurlayan şəxs tutulub

img

07-11-2022 [11:54]


Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar çanta oğurlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR