Məlahət İbrahimqızı: “Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”

img

04-11-2022 [16:21]


“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclər və idman, əmək və sosial siyasət, aqrar siyasət, regional məsələlər və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanlarının qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumun və ƏDV-nin azaldılmasını, eləcə də işsizliyə görə verilən müavinətin artırılmasını təklif edib: “Bir çox ölkələrdə bu minimum əmək haqqının 70-80%-i götürülür. Bu məsələyə də baxılsa, daha yaxşı olar”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA