Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-11-2022 [00:15]
Qoç - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın.
Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Buğa - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.
Günün ikinci yarısında maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.
Əkizlər - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.
Mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin.
Günün ikinci yarısında işdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.
İstənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.
Xərçəng - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.
Günün ikinci yarısında adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.
Mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar.
İnsanların gur olduğu yerə yollanmayın.
Şir - sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla münasibətləri sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək edin. Mükafat və ya minnətdarlıq gözləməyin.
Qız - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə edin. Önəmli irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun. Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli olacaqlar.
Günün ikinci yarısında hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz.
Axşam saatlarında normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların dediklərinə inanmayın.
Tərəzi - uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım edin.
Günün ikinci yarısında daha aktiv olun, qətiyyətlə davranın.
Axşam saatlarındakı görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın. Qarşı tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə, xarici görünüşünüz qüsursuz olmalıdır.
Əqrəb - günün ilk yarısı qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq. Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində ifrat dərəcədə diqqətli olun. Böyük məbləğin itirilməsi riski var. Şəxsi münasibətlər üçün əlverişli zamandır. Romantik təmaslar harmonik olacaq.
Oxatan - günün ilk yarısında mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır. Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın.
Günün ikinci yarısında yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda var. Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda qarşılıqlı anlaşmaya nail olacaqsınız.
Oğlaq - qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz əhvalınızdan asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı olacaqsınız. Onlar sizi zəif saydıqları üçün uduzacaqlar. İşdə rəhbərlik və ya karyeranıza hər hansı formada təsir edə biləcək insanlarla önəmli söhbətlər üçün günün ikinci yarısı əlverişlidir.
Gəlir əldə edəcəksiniz. Əla ideyalar var. Onların bəzilərini reallaşdırsanız, yaxşı pula yiyələnəcəksiniz.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər istisna deyil.
Dolça - günün ilk yarısında ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin öhdəsindən gələ biləcəksiniz.
Günün ikinci yarısında işdəki fikir ayrılıqları və çətinliklər əhvalınıza pis təsir edə bilər. Müşküllər münasibətlərə təsir etməməlidir. Diskusiyanı konstruktiv məcrada saxlayın, aqressiv olmayın.
Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Ürək-damar sistemində ağrılar, xronik ağrıların kəskinləşməsi istisna deyil.
Balıqlar - günün ilk yarısında uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər, fəndgir davranın.
İşlərdə irəliləyişə nail olmaq üçün qətiyyətli çalışmaq gərəkdir.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin həlli üçün təmkinli davranın.
Yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb