Daha 25 nəfərə elmi dərəcə verilməsindən imtina olunub, 50 nəfərə isə...

img

01-11-2022 [16:28]


Oktyabr ayında 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat ayıb.

Bildirilib ki, oktyabr ayında 38 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib: "Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 6 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa, ötən ay 18 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 3 nəfərə imtina verilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA