Şəhid Səbuhi Əhmədovun qardaşının pulu kartdan oğurlanıb - DİN-dən açıqlama

img

27-10-2022 [15:49]


"Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub, bütün pullar oğurlanıb".

Bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə məlumat yayıb.

O deyib ki, Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib: "Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, məsələ DİN tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA