QHT-nin layihəsi başa çatdı: layihə çərçivəsində “Chevik.az” saytı yaradılıb - FOTOLAR
26-10-2022 [10:40]
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsini uğurla başa çatdırıb.
Mia.az xəbər verir ki, əsas məqsədi xüsusi qabiliyyətə malik məktəblilərin istedadlarının davamlı inkişafına dəstək göstərilməsi, onların cəmiyyətə tanıdılması, intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması olan layihənin yekun tədbiri paytaxtın T. Məmmədov adına 239 nömrəli tam orta məktəbində keçirilib.
Millət vəkilləri, təhsil işçiləri, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə layihə çərçivəsində yaradılan “Chevik.az” saytının əhəmiyyətini vurğulamaqla görülmüş işlər barədə geniş məlumat verib.
Layihə rəhbəri, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva layihənin məqsəd və vəzifələrindən söz açıb, onun pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşlandığını bildirib. Təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı”, “Vakansiyalar” kimi rubrikaların yer alacağı, bu rubrikaların məhz yeniyetmə və gənclərin yaradıcı əməyinin məhsulu olacağı qeyd edilib.
QHT sədri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi istedada malik 20 məktəblini yeni yaradılan saytın yaradıcı heyətinə təqdim etməklə layihənin gerçəkləşməsində yaxından köməklik göstərdiyini, bu gənclərlə tanışlıq məqsədiə qısametrajlı video- rolik hazırlandığını diqqətə çatdırıb.
Millət vəkilləri – Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri Etibar Əliyev və Müşfiq Məmmədli çıxış edərək, layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin əhəmiyyətini qeyd ediblər, yeni saytın məktəblilərin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcəyinə, sosial şəbəkələrdən istifadə zamanı yeniyetmə və gənclərdə ünsiyyət mədəniyyətinin, faydalı məlumatların əldə edilməsi bacarığının formalaşmasına xidmət göstərəcəyinə, həmçinin elmi biliklərin təhsilalanların özləri tərəfindən təbliğinə şərait yaranacağına ümid bəslədiklərini bildiriblər.
Tədbirdə çıxış edən “JAVANCHİP” MMC-nin durektoru Mahmud Mahmudov və şirkətin biznes departamentinin rəhbəri Abdulla Atayev saytın texniki imkanları barədə ətraflı məlumat veriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvü, hüquqşünas Fariz Əkbərov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyin sədri Fatimə Hacıbəyli, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyin sədri, psixoloq Ruhiyyə Məmmədova, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyin sədri, şairə Gülşən Behbud, “XeberAl.az” saytının rəhbəri, jurnalist Mirismayıl Xələfli, sığorta mütəxəssisi Şahin İsmayılov uğurla başa çatmış layihə və nəticədə ərsəyə gəlmiş yeni sayt barədə fikirlərini bölüşüb, “Chevik.az”-ın yeniyetmə və gənclərin sosiallaşmasına və maariflənməsinə, onların yaradıcı məşğulluğunun təmin edilməsinə xidmət göstərəcəyinə, sayt rubrikalarını idarə etməklə özünütəsdiq imkanlarını genişləndirəcəklərinə əmin olduqlarını bildiriblər və yeni saytın yaradıcı kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbir iştirakçılarına “Chevik.az” saytının görüntüləri və layihə iştirakçıları olan xüsusi istedada malk məktəblilərin tanıtım video-roliki nümayiş edilib.
Tədbirin sonunda layihə rəhbəri Könül Quliyeva layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, yekun təqdimatın keçirilməsinə şərait yaratmış T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, layihənin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə, eləcə də yekun tədbir iştirakçılarına minnətdarlığını bildirib, səslənmiş fikirlərin, məsləhət və tövsiyələrin saytın səmərəli fəaliyyəti üçün faydalı olduğunu qeyd edib.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi