Aqrar İnkişaf Mərkəzinin direktoru sabiq nazirin məhkəməsində: "8 min manat verdim, işimi düzdü-qoşdu" - Şahidlər nələr deyir?
25-10-2022 [11:19]
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin ifadələri dinlənilib.
İfadə verən Abbas Əsgərov bildirib ki, Mingəçevir şəhərində özünə məxsus evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb: “Dedilər ki əlillər üçün ev alırıq. Evi 35 min manata razılaşdıq. Amma müqavilədə 46 min 500 manata rəsmiləşdirdilər”.
Prosesdə ifadə verən digər şahid Nigar İsmayılova isə bildirib ki, “Talalı” MMC-nin direktoru olub:
“Şirkət mənim adıma idi. Mən xəstə olduğuma görə şirkəti yoldaşım idarə edirdi. Qazax rayonunda iki ev tikmişik. Evin tikintisi ilə bağlı sənədləşmələrə qol çəkmişəm. Yoldaşım evdə telefonda danışanda bilmişəm ki, pulun bir hissəsini Natiq Əzizova verib. Mən özüm Natiqi görməmişəm”.
Digər şahid Nazim Hüseynov bildirib ki, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. Əvvəllər DSMF-də sektor müdirinin müavini olub: “DSMF-də müdir müavini işləyirdim. Yoxlama gəlmişdi, nöqsanlar aşkarlandı. Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm, 8 min manat verdim, işimi düzdü-qoşdu. Bakıda bir yerdə görüşdük, parkda 8 min manat verdim, həll elədi”.
Müşviq Əliyev bildirib ki, “Mühəndis-1″MMC-nin təsisçisi olub: ” Nicat Mirzəyev adlı polis əməkdaşı mənə dedi ki, şirkəti var, ora məni rəhbər təyin etmək istəyir. Mən də razılaşdım. İki dəfə mənə pul verdi, 500 manat bir, 300 manat bir alıb iki dəfə sənədə qol çəkmişəm. Sonradan bildim ki, Astara rayonunda 2 ev tikib, əmin evlərə görə mən qol çəkdirib pul verib. Evləri Nicat Mirzəyev tikib. Mən banklardan pulu çıxarıb Nicata verirdim. Özüm Avtoservisdə çayxanada çay satırdım. İndi də həmin işlə məşğulam”.
Prosesdə ifadə verən digər şahid Qurban Kazımov isə deyib ki, sürücü işlədiyi halda adı şirkət rəhbəri kimi rəsmiləşdirilib.
“Mən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyevin sürücüsü işləyirdim. Onun oğlu Nicat Mirzəyev polisdə işləyirdi. O gəldi dedi ki, tikinti işləri ilə məşğuldur, məni “Şirvan-S” MMC-nin rəhbəri təyin etmək istəyir. Mən də razılaşdım. Nicat mənim adımla 2 ev tikib. Mənim başqa heç nədən xəbərim olmayıb. Nicat xəstəliyə yoluxdu, rəhmətə getdi. İstintaq məni çağıranda bildim ki, 16 min manat mənimsəmə oldu. İlqar müəllim həmin pulu verdi, aparıb ödədim”.
Digər şahid Əvəz Sadıqov isə deyib ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri işlədiyi dövrdə şöbənin fəaliyyəti yoxlanarkən nöqsanlar üzə çıxıb: “Bildim ki, işdən çıxaracaqlar. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarovla görüşdüm. Bir az hörmət elədim ki işçiləri işdən azad eləməsinlər. Buna görə Nizami müəllimə 10 min manat verdim. Bir az işçilərdən yığdım, özüm də kredit götürdüm, 10 min manat düzəltdim, Nizami müəllimə verdim. Pulu verəndən sonra nazirin əmri ilə bizə töhmət verilsə də, işdən çıxarılmadıq”.
Prosesdə ifadə verən şahid Novruz Çıraqov isə bildirdi ki 35 il dövlət qulluğunda işləyib.
“2001-2011-ci illərdə Kəlbəcər rayon icra başçısının müavini olmuşam. 2016-cı ildən 2020-ci ilə qədər DSMF Kəlbəcər şöbəsinin müdiri təyin olunmuşam. Fəaliyyətim dövründə şöbəyə 2 dəfə yoxlama gəlib. Birinci yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vurub nazirliyə çağırdı. Getdim, dedi ki kömək lazımdı. Mən də çıxarıb 8 min manat verdim. Qorxdum ki o hörməti eləməsəm, işdən çıxaracaq. Ona görə də dedim idarənin tapşırığıdır, verməliyəm. Mən də çıxarıb pulu verdim. Bilirdim ki nəyə görə çağırıb, ona görə də hazırlıqlı getdim.
Sonra ikinci dəfə, 2018-ci ilin yanvarında yoxlama gəldi. Yoxlamadan sonra yenə Nizami müəllim məni çağırdı. Bildim ki, yenə pula görə çağırıb. Bu dəfə də 10 min manat verdim. Biz Kəlbəcərlilərin qonaqpərvərliyi var. Biz qonaqpərvərliyimizi edirik. Ona görə də 10 min manat verdim”.
DSMF Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Zərifə Əzizova bildirib ki, 2008-ci ildən 2020-ci ilə kimi bu vəzifədə işləyib və Nizami Xanlarova “qonaq”kimi hörmət edib:
“Nizami Xanlarov yol keçəndə Yevlaxa gəldi, bizimlə salamlaşdı, söhbət elədi. Əvvəl yoxlama göndərdi, şöbənin yoxladılar. Yoxlama zamanı nöqsanlar aşkarlandı. Daha sonra Nizami Xanlarov məni Bakıya çağırdı, gəldim. Nizami müəllimə 20 min manat “hörmət” elədim, bütün çatışmazlıqları aradan qaldırdı. Nəticədə mənə hörmətli nazirimiz Səlim Müslümovun əmri ilə töhmət verildi”.
Prosesdə ifadə verən Azad Şərifov isə bildirib ki, əvvəlcə DSMF-nin Gəncə şöbəsində rəis müavini, sonra isə Şəmkir rayon şöbəsində rəis işləyib.
“2017-ci ildə yoxlama gəldi, bir neçə nöqsanlar aşkarlandı. Nöqsanları aradan qaldırmaq üçün Nizami Xanlarova 20 min manat təklif elədim. Bilirdim ki, Səlim Müslümov ciddi adamdı, pul götürməyəcək və səhvi bağışlamayacaq. Nizami müəllimə yalvardım-yaxardım ki, işi yoluna qoysun. O da işi düzdü-qoşdu, məni işdən çıxarmadılar. Cənab nazir töhmət verdi, vəssalam”.
Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi