Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

img

24-10-2022 [15:53]


Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeşin Tanjir şəhərində keçirilmiş Afrika Kubokunun qalibi olub.

Federasiyadan verilən məlumata görə, milli komandanın lideri 750 m-lik üzgüçülük, 20 km-lik velosiped sürmə, 5 km-lik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edərək qızıl medal qazanıb.

İkinci yeri Almaniya təmsilçisi Yanik Şafler tutub. İspaniyalı Anxel Sançes Kareas isə üçüncü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR