Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-05-2024 [00:08]
Qoç - aktiv, enerji, yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyət vaxtıdır. Rəqabətə dayanıqlılıq səviyyənizi, güc və imkanlarınızı sınağa çəkmək istəyən adam var. İtki, zərər, peşmançılıq istisna deyil. Lakin sevinəcək, itkilərin yaratdığı hissdən çıxacaqsınız. Günün ikinci yarısı daha əlverişli və uğurlu olacaq. Etibar etdiyiniz insanların sizə dediklərinə qulaq asın. Planların dəyişməsi, faydalı yeniliklər və xeyirli islahatların gerçəkləşməsi mümkündür. Axşam saatları istirahət və dəyərli insanlarla görüş zamanıdır. Çətin problemin həlli də məhz bu vaxta təsadüf edir.
Buğa - cari fəaliyyətinizdə zəruri islahatlar edin. Tərəfdaş və ya şəriklə yeni sifarişi, tapşırığı və ya işi nəzərdən keçirin. Amma tələsik qərar qəbul etməyin. Önəmli işləri günün ilk yarısında başa vurmağa çalışın. Ətalətli və süst davransanız, istədiyinizi əldə edə bilməyəcəksiniz. Səhvlər və yanlışlıqlar üzə çıxacaq. Əlavə iş götürməyin, çözüləsi məsələləri artırmayın. Ağırlıq izafi ola bilər. Tələskənlik və hövsələsizlik qəza, hədə, travma, maliyyə itkiləri yarada bilər. Səhhətinizə fikir verin, dürüst qidalanın. Hətta pozitiv stress və xəbərlər də yuxusuzluğa səbəb ola bilər.
Əkizlər - bu gün çox mühüm işə başlamayın. Səhv salmaq, itirmək, yanlış seçim etmək şansı böyükdür. Yanvarın əvvəllərində sizi narahat etmiş məsələ ilə indiki probelmlər arasında əlaqə üzə çıxacaq.
Hansısa məsələni dəqiq bilməməyinizlə bağlı durumun üzə çıxa biləcəyi görüş və danışıqları təxirə salın.
Ənənəvi rejimə riayət edin, rutin məsuliyyətlər çərçivəsindən kənara çıxan nə isə etməyin.
Qayda, nizam və tələskənliyin olmaması problemlərdən qurtulmağa imkan verəcək.
Yaşamınızdakı gərəksiz nəsnələrdən və ünsürlərdən qurtulun.
Nədəsə şübhələnirsinizsə, qərarı və ya əməli təxirə salın.
İntriqalar quran, münaqişələr yaratmağa meylli olan insanlarla təmaslardan yayının.
Fiziki iş üçün əlverişli vaxtdır.
Xərçəng - gərgin və ağır gündür. Emosiyalar məntiqi üstələyə bilər. Gərəksiz sözlər söyləməyin, ehtiyac duyulmayan hərəkətlər etməyin. Ən önəmli situasiyalarda sinirlənəndə 10-a qədər sayın.
Ciddi və mühüm işə başlamayın. Amma sizi maraqlandıran təfərrüatları mütləq şəkildə nəzərə alın. Çoxdan bəri aradığınız informasiya tapılacaq və ya daha faydalı nə isə aşkarlayacaqsınız.
Təsadüfi görüşlərdə həssas və təmkili olun.
Axşam saatlarında diqqətli olun. Ailə üzvləri ilə ümumi işə başlaya bilərsiniz.
Şir - gün gərgin başlanacaq. Buna rəğmən, imkanların zirvə səviyyəsindəsiniz və ən ağır işə başlaya bilərsiniz. Hadisələrin qəfil dönüşünə, spontan tədbirlərə və çalışdığınız insanların motivasiyasız inadkarlığına hazır olun.
Əlaqələri bərpa edin, tərəfdaşların işlərini yoxlayın, informasiya kanallarını saf-çürük edin. Xoş xəbər ala bilərsiniz, amma hansısa məlumat sizi təbdən çıxaracaq.
Rəhbərliklə ünsiyyət üçün əlverişli gün deyil. İşdə münasibətlərin yeni stilini sınaqdan keçirə bilərsiniz.
Cəsarətli davranın.
Axşam saatları romantik münasibətlər üçün düşərlidir.
Sizi maraqlandıran mövzu ilə bağlı improvizə yolveriləndir.
Qız - yaşananlar həddən ziyadə diqqətli və ehtiyatlı davranış tələb edir. Zəif olan məqam pozula bilər. Münasibətlərdə böhran yarana bilər. Amma nə etmək olar: bəlli hadisə başqa münasibəti ehtiva etmir.
Olayların ritmi dəyişir. Şəraitə uyğunlaşın. Böyük ümidlərlə bağladığınız planları hələlik təxirə salın.
Geri dönən ünsürlərə fikir verin. Yeni yanaşma, dərinləşmə və ya genişlənmə tələb edən məsələlər var.
Əhval-ruhiyyə, motivasiya, energeikanın dəyişməsini hiss edin.
Yaxın vaxtlar üçün yeni məşğuliyyət seçin.
Tərəzi - xəyallara və arzulara qapılmayın. Səmimiyyətdə ifrata varmayın, yaxın ətrafınızdakı insanlara mövqelərinizi açıqlamayın. Onlara təzyiq etməyin.
Çətin gündür, səhv və yanlışlıqlar riski böyükdür.
Diqqəti bir məsələyə, bir problemin həllinə yönəldin.
Yığılıb qalan gərginlik və artan küskünlük münaqişəyə səbəb ola bilər.
Emosiyalarınıza hakim olun ki, səhhətinizdə fəsad yaranmasın.
Ürək-damar sistemini gücə salmayın.
Axşam saatlarında maraqlı məşğuliyyət seçin, sizə xoş olan insanlarla ünsiyyətdə olun.
Alış-verişdə məntiqli davranın.
Əqrəb - diqqətli olun, ehtiyatlı davranın. Toplantı, danışıqlar, anlaşma və sövdələşmələri təxirə salın.
Ciddi işə, böyük sifarişin icrasına, geniş layihənin ilkin mərhələsinə başlamayın.
Alınan xəbərlər arasında çox faydalısı ola bilər. Fəqət, məlumat və ya informasiyanın batinini çözələyin.
Emosional fon dayanıqlı olmayacaq. Olayların məğzi nəzərinizdən yayına bilər.
Düşünülməmiş addımlar atmayın, tələsik qərarlar qəbul etməyin. Nəyisə kökündən və dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə çox fərqli olsalar belə, bir neçə variantı nəzərdən keçirin.
Ənənəvi və rutin məqamların çeşidli yönləri təzahür edəcək.
Tələsməyin, yaşanan dəyişikliklərin fərqinə varın.
Oxatan - işdə yeniliklər, maraqlı xəbərlər, diqqətin yeni mövzuya cəlb olunması istisna deyil.
Böyük məbləğdə nə isə almağa, pul xərcləməyə, yeni işə başlamağa, fərqli layihənin əsasını qoymağa tələsməyin.
Çətin situasiyada həmkarlar və ya etibar etdiyiniz insanlarla məsləhətləşin.
İdeyalar, unikal həllər, probelmlərin yaradıcı çözümü baxımından gün məhsuldar ola bilər.
İfrata varmayın, əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz.
Olayların məcrasında kəskin müdaxilələrə bel bağlamayın. Hər şey olduğu kimi yaşanarsa, əlverişli nəticə əldə edə bilərsiniz.
Dostlarla görüş üçün əlverişli vaxtdır.
Risk və macəralara qapılmayın.
Oğlaq - rəğbət bəslədiyiniz insanla münasibətlərdə maraqlı aktivləşmə ola bilər. Hadisələri tələsdirməyin, olayların axarına müdaxilə etməyin.
Baş verənlərin məzmununu dərk etməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun.
Alış-verişdə bədxərc davranmayın, pullarınızı və maliyyə vəsaitinizi kimsəyə etibar etməyin.
Günün ikinci yarısında sizi maraqlandıran məsələ ilə bağlı gərəkli məlumatları arayın.
Önəmli tapıntı ola bilər. Yaxın ətrafınızdakı insanların fikri sizə zidd olsa da, onları dinləyin. Görüləsi işlərlə bağlı mövqenizdə dəyişikliklər, daha yaxşı variantın tapılması istisna deyil. Heç nəyi dəyişməyə tələsməyin.
Dolça - qəfil işlər və nevroz durumlar yaranacaq, planlar pozulacaq. Səmimiyyətiniz adekvat dəyərləndirilməyə bilər. Alış-veriş və digər maliyyə əməliyyatlarını təxirə salın. Borc almayın, borc verməyin.
Ailədə maddi msələlərlə bağlı mübahisələr yarana bilər. Pərişanlıq və təəssüf hisslərinin formalaşmasına imkan verməmək üçün mühüm söhbətlərə başlamayın. Axşam saatlarında ev işləri ilə məşğul olun, yaşamınızı qaydaya salın. Həyatınızdakı ətalət enerjisindən, köhnə baxış və emosiyalardan qurtulun. Alış-verişdə impulsun təsiri altına düşərək bədxərclik etməyin.
Balıqlar - istək və niyyətlərin fərqliliyi, çoxsaylı olması qırışıqlıq yarada bilər. Bütün diqqətinizi təkmilləşdirilməyə ehtiyacı olan məsələyə yönəldin. İndiyədək fikir vermədiyiniz detallara yaxşı baxın. Münasibətlərdə nüanslar və ünsiyyətdəki həssaslıq önəm kəsb edir.
Tələsməyin, situasiya sizin üçün əlverişli məcradadır. Təmkinli, səbrli olun, yaşananları müşahidə edin.
Görülən işin kəmiyyətini keyfiyyətə çevirmək, önəmli insanlarla münasibətlərə yenidən baxmaq və dərinləşdirmək vaxtıdır. Əvvəllər yatırdığınız sərmayə və gördüyünüz işlər indi nəticəsini verir. Diqqət yetiriləsi məqamlardan xəbər verən işarələrə və siqnallara huşyar olun.
Milli.Az
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib