Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

img

10-05-2024 [16:56]


Rusiya ordusu İUkraynada daha bir qəsəbəni ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rus hərbçiləri davalı hücumlarla Ukrayna hərbçilərini Donetsk vilayətində Novokalinovo qəsəbəsindən çıxarmağa nail olub: "Bununla yanaşı, bu gün bir sıra Ukraynanın hava hücumundan müdafiə sistemləri, arsenalları, yanacaq anbarları, pilotsuz uçuş və dəniz vasitələrinin istehsal və təmiri sexləri, xarici muzdlu döyüşçülərin və hərbçilərin müvəqqəti yerləşdirilmə məntəqələri vurulub".

Xatırladaq ki, son 10 gündə Rusiya Donetsk və Xarkov istiqamətlərində 10-dan çox qəsəbəni ələ keçirib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA