Gəncədə poliklinikanın tavanı çöküb, işçilər təxliyə olunub (Yenilənib)

img

24-10-2022 [12:37]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Mia.az-a bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir.

***

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

Hadisə səbəbindən laboratoriyada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA