Nazir: ""OPEC plus”da son razılaşma bazarın balanslaşdırılmasına xidmət edir”
19-10-2022 [15:16]
“Son günlər “OPEC plus”un noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, “OPEC plus” hər zaman olduğu kimi bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib”.
Mia.az-ın məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələrinin 5 oktyabr 2022-ci il tarixində qəbul etdiyi “Əməkdaşlıq Bəyannaməsi”ni şərh edərkən deyib.
Nazir qeyd edib ki, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşib. Proqnozlar neftə tələbatın azalacağını göstərir. Belə bir vəziyyətdə hasilata müdaxilə qərarı qaçılmazdır. “OPEC plus” da məhz təcrübəsinə istinad edərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən konsensus əsasında qəbul edilmiş qərardır. “OPEC plus”un bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur.
Energetika naziri onu da vurğulayıb ki, bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan, yəni hasilatda təbii azalmalardır. Hesab edirəm ki, bu gün “OPEC plus”un elan etdiyi ixtisar həcmlərinə görə deyil, təbii olaraq hasilatın azalma tendensiyasına görə narahat olmaq lazımdır.
““OPEC plus” un son qərarı gözlənilən mənfi əhval-ruhiyyəni kompensasiya etməklə investisiya axınının cəlbinə də hədəflənib ki, bu da irəlidə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün mühüm addımdır”, deyə nazir əlavə edib.
Bildirilir ki, “OPEC plus” tənzimləmə aləti sayəsində digər enerji bazarları ilə müqayisədə neft bazarı daimi dəstəklə təmin olunub. Bu formatda əməkdaşlıq neft bazarının davamlı balanslaşdırılmasının uzunmüddətli qarantıdır.
Mia.az
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
Azərbaycan nefti 70 dollardan satılır
Böyük Britaniyada şəxsi maşınlarda siqaret çəkilməsi qadağan olunur
NYT: "ABŞ Karib dənizindəki nəhəng gəmini Yaxın Şərqə göndərir"
Zəngilanda əkin sahələri istifadəyə veriləcək
"Təmizlənmə yarımçıq qalmamalıdır” - Partiya sədri
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Əli Həsənov Ramiz Mehdiyevlə bağlı suala cavabdan yayındı
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi