Baş prokrurorluq həbs olunan məktəb direktorunun iddiası ilə bağlı açıqlama yayıb
08-10-2022 [12:03]
Prokurorluq əməkdaşlarının Saatlı rayon sakinindən rüşvət tələb etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Kanal 13” Youtube kanalında Saatlı rayon sakini Elnur Rzayevin ondan rayon prokurorluğunda 5 min manat məbləğində rüşvət tələb olunması, guya aralarında razılaşdırılmış məbləği vermədiyinə görə üzr istəməsi ilə bağlı videomüraciəti yayılıb:
"Törətdiyi cinayət əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuş Elnur Rzayevin həmin videomüraciəti ilə bağlı bildiririk ki, o, 2009-2019-cu illər ərzində Saatlı rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitini taladığına görə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunaraq 29 may 2019-cu il tarixdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Cinayət işinə müvafiq məhkəmə instansiyalarında baxıldıqdan sonra yekun olaraq Şirvan Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Elnur Rzayevə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 min manat məbləğində cərimə cəzası təyin edilib. Bundan əlavə bildirilir ki, Elnur Rzayevin Saatlı rayon prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 04 may 2019, 09 oktyabr 2019 və 11 fevral 2020-ci il tarixli müraciətləri üzrə Baş Prokurorluqda araşdırma aparılıb, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmayıb", - qurumdan bildirilib.
Baş Prokurorluq tərəfindən bir daha media istifadəçilərinə müraciət edilməklə dövlət qurumunun rəsmi mövqesini almadan bu növ məlumatların yayılmaması xahiş edilir".
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub