Zərərçəkən "İmam Mehdi"nin məhkəməsində: "Mənə dedi ki, istintaqda zəkat pulunun adın çəkmə..."
27-09-2022 [19:15]
Bakıda özünü 12-ci İmam Mehdi kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Samir Cəfərov təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb.
O bildirib ki, Aqil Babayevin göstərişi ilə zəkat pullarını yığıb: "Mənə Aqil Babayev dedi ki, istintaqda zəkat pulunun adın çəkmə, dəymiş ziyan olan pulları qaytaracağam".
Zərərçəkmiş sözlərinə görə, Aqil Babayev onların tikdirdiyi binadan 8 mənzil götürüb: "Həmin mənzillərin ümumi qiyməti 440 min manat olub. Amma mənzillərə görə 210 min manat verdi. Qalan pulu vermədi". S.Cəfərov deyib ki, Aqil Babayevin tapşırığı ilə zəkat pullarının yığılması ona tapşırılıb: "Pulları yığdım, siyahı ilə birlikdə Aqil Babayevə təhvil verdim. Zəkat pulları ilə bağlı həmişə Aqil Babayevə hesabat verirdik. Sonradan zəkat pullarından qadınlara paylanması məsələsi ortaya çıxdı. Aqil Babayevin tapşırığı ilə Tahirə adlı qadına hər dəfə 700 manat verirdik, o da qadınlara paylayırdı. Amma kimə çatırdı, bunu mən bilmirdim. Həmin Tahirə adlı qadına verilən pullar sabit deyildi. Arada 900 manat da verirdik. Bu tapşırıqlar da Aqil Babayevdən gəlib. Onu 12-ci İmam Mehdi kimi tanıyırdıq. Biz onun qarşısında heç nə danışmırdıq".
Təqsirləndirlilən Aqil Babayev deyib ki, mənzil tikintisi ilə bağlı Samir Cəfərovun şəriki Emil Həsənova borc verib. Onun sözlərinə görə, tikilən binanın 2 və 3-cü mərtəbələrində olan mənzilləri ona verilib: "Zəkat pullarının yığılmasını Samir Cəfərova tapşırmışam. Samir dedi ki, vaxtı yoxdur, bu işdə kömək lazımdır. Mən də Tahirə xanımı təklif etdim. Tahirə də ehtiyacı olanlara pul payladı. İndi burada məndən nə istəyirlər, başa düşmürəm". O, prokurorun suallarını cavablandırarkən deyib ki, Emil Həsənovu 2001-ci ildə tanıyıb: "2014-cü ildə Emil Həsənova 240 min dollar borc vermişəm".
Digər zərərçəkmiş Emil Həsənov vurğulayıb ki, Aqil Babayev ona ziyan vurub: "Bina tikməyə başlayanda da Aqil Babayevin yanına getdik, ondan xeyir-dua istədik. Bu zaman binanın 1 və 2-ci mərtəbələrindəki 8 mənzili mənə verməlisiniz. Hər nə deyirdi, yerinə yetirirdik".
Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub