UEFA Millətlər Liqası: yığmamız qalib gəldi, qrupda 2-ci pilləyə yüksəldi

img

25-09-2022 [22:00]


Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda Bakıda Qazaxıstan seçməsini qəbul edib. 

Mia.az xəbər verir ki, oyunun 35-ci dəqiqəsində qonaq komandanın oyunçusu Nuralı Alip ikinci sarı vərəqə ilıə meydandan qovulub.

İkinci hissənin 66-cı dəqiqəsində isə Qazaxıstan yığmasının oyunçusu Aleksandr Maroçkin avtoqola imza atıb - 1:0.

 74-cü dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırıb - 2:0

90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub - 3:0.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. 

Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA