Sahibkar "İmam Mehdi"nin məhkəməsində: "Hər ad günündə təkcə musiqiçilərə 10 min manat, özünə isə 100 minlik hədiyyə verirdik"
13-09-2022 [18:32]
Özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Samir Cəfərov dindirilib.
O bildirib ki, 2012-ci ildən ibadətə başlayıb, Aqil Babayevi isə qardaşı vasitəsilə tanıyıb:
"Onun idarə etdiyi dini məclislərdə tez-tez iştirak edirdim. Mən onu İmam Mehdi kimi qəbul etmişəm. Bizneslə məşğulam, aylıq 200 manat zəkat verirdim. Bundan başqa, Tbilisi prospektində evimi satmışdım, onun pulundan da vermişdim. 2014-cü ildə Emin Həsənovla şərikli yaşayış binası tikirdik. İkinci və üçüncü mərtəbələrdə evlər istədi. Onların ümumi dəyəri 448 min manat edirdi. 210 min manat verdi, qalanı qaldı. Ümumilikdə ona 8 ev verildi. Sonra həmin evləri satdı. Əhmədlidə ayrıca ev tikdirdi, orada yaşamağa başladı”.
Zərəçəkmiş onu da qeyd edib ki, A.Babayev həmin evlərdən borclu qaldığı 238 min manatı hələ də ödəməyib. O isə həmin binanı Emin Həsənovla şərikli tikdiyinə görə 238 mininin 50 faizinin ona çatdığını, Aqil Babayevin təkcə evlərə görə ona 119 min borclu olduğunu deyir:
"Aqil Babayevə bu illər ərzində verdiyi başqa pulların da bir hissəsini nəzərə alaraq, hazırda ondan ümumilikdə 149 min manatını geri qaytarmağı tələb edirəm. Düzdür, zəkatı könüllü vermişəm. Amma evləri yox. Ona pul məsələsində də məni aldadıb. Mən həmin pulları kasıb adamlara dolanışıq üçün vermişəm. Qardaşım da onu İmam Mehdi kimi qəbul eləyib. Ayda minimum 10 min manat zəkat yığılırdı. Elə olurdu ki, 15-20 min manata çatırdı. Hər ayın 15-i pulu yığıb Aqil Babayevə təhvil verirdim. Təxminən, 7 nəfər vardı, aylıq mənə onlarla bağlı tapşırıq verirdi ki, kimə nə qədər verim. Qalan pulları özünə verirdim. Həmin pulları nə edirdi, mən bilmirəm. Soruşmağa ixtiyarım yox idi. Hər ad günündə təkcə musiqiçilərə 10 min manat verirdik. Ona 100 minlik hədiyyə verirdik. İndiyədək ona verilmiş pulları saysaq, 50-60 milyon manata gəlib çıxar”.
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Vinçenzo Montella: "Çətin matç olacağını bilirəm"
Misir sərhədə 40 min əsgər topladı
Vatslav Çerni: "Klubum üçün uğur qazanmaq istəyirəm"
Aleksandr Ciku "Spartak Moskva"ya keçdi - "Fənərbağça" daha bir oyunçu ilə vidalaşdı
"Qalatasaray" Çempionlar Liqasına bu oyunçularla çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyevin Çinə səfəri başa çatıb - FOTOLAR
PUTİN PEKİNDƏ: "İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik, hesab edirəm ki..."
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Universitetlərin boş qalan yerlərinə qəbul nəticələri elan olunub
Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub - VİDEO
Avqust ayında 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb
"Cənab Zelenski ilə görüşə gəlincə, mən..." - Putin Pekində mətbuat konfransı keçirib
Azərbaycan-Macarıstan Enerji İşçi Qrupunun növbəti iclası keçirilib
Türklər "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualına belə cavab verir - Sorğu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Rəhimova sanksiya tətbiq olunub - O, nədə ittiham olunur?
Hikmət Hacıyev Armen Qriqoryan arasında telefon danışığı: nələr müzakirə edilib? - TƏHLİL
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
İran prezidenti Çin liderinin xanımı ilə əl tutmadı - VİDEO
"Tiktoker" əri və uşaqları ilə birgə öldürülüb - FOTOLAR
"O, mənim qızım deyil, lakin..." - Hamlet İsaxanlı
Qəzzada daha 113 fələstinli həlak olub - 300-dən çox yaralı var
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
Tariximizin yaşayan canlı yaddaşı - Akademik Nailə Vəlixanlı
Ağcabədidə keçmiş məhkum saxlanılıb
Zərdabda azyaşlıya toy etmək istəyiblər
Xankəndidə müğənni həbs edilib - Səbəb
Uşaq bağçasının müdiri vəzifədən çıxarıldı
Sabah yağış yağacaq
Onlara yeni vəzifələr verildi
"Samsunspor" cinah hücumçusu transfer edib
Xəzər Universitetinə rektor təyin olunub
Qəzzada aclıq: daha 6 nəfər ölüb
İzmirdə təlim təyyarəsi qəzaya uğrayıb, ölən var - FOTO