İstanbulda kriminallar arasında atışma: 4 azərbaycanlı yaralandı - Adları açıqlandı - VİDEO (Yenilənib)

img

12-09-2022 [13:46]


Türkiyədə kriminal qruplar arasında atışma olub.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda yerləşən restoranların birində iki qrup arasında atışma baş verib. Məlumata görə, hadisə nətiucəsində yaralananlardan 4-ü 4 Azərbaycan vətəndaşıdır.

***

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən "Vadi İstanbul" Ticarət Mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar arasında yaranmış silahlı atışmada dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan məlumat verilib.

Yaralanan azərbaycanlılar Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimovdur.

Bildirilib ki, yaralı həmyerlilərimiz hazırda Seyrantepe Hamidiye Etfal Araşdırma Xəstəxanasında müalicə olunurlar.

Hadisənin başvermə səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq