Mixail Saakaşvili Bakıya gəlir

img

21-04-2014 [15:54]


Gürcüstanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə aprelin 27-də Bakıya gələcək.Modern.azxəbər verir ki, bu, Saakaşvilinin prezidentlik müddəti başa çatdıqdan sonra Azərbaycana ilk səfəri olacaq.

Mixail Saakaşvilinin forum çərçivəsində "Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunun müzakirə ediləcəyi sessiyada çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, Mixail Saakaşvili 2013-cü ilin mayında Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda da iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət rəhbərinin iştirakı nəzərdə tutulub. Ümumilikdə isə forumda 54 ölkədən 150-dən çox ictimai-siyasi xadimin, ekspert və elm adamının iştirakı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA