"Qarabağ"a 11 milyon avroya yaxın ödəniş olunub

img

02-09-2022 [16:07]


UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

Mia.az xəbər verir ki, Avropa futbol qurumunun ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA