"Kəpəz"in futbolçusu Baş məşqçiyə hücum etdi, polis olaya qarışdı - VİDEO
27-08-2022 [21:25]
Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.
Məlumata görə, əlbəyaxa dava həddinə çatan olaya polislər müdaxilə etməli olub.
Tərəfləri çətinliklə ayırmaq mümkün olub. Oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov 33 yaşlı hücumçunun təhqirə yol verdiyini bildirərək, onu meydandan qovub. Final fitindən sonra futbolçu baş məşqçiyə üzünü tutaraq, "Söyüş söydüyümü baş hakimə sən çatdırmısan", - deyərək, onunla dalaşıb.
Görüşün ardından təşkil olunan mətbuat konfransında Qurbanov Əliyevin davranışını anlayışla qarşıladığını bildirib: "Əslində, Raufu başa düşmək olar. Çünki komandası uduzub, özü isə qırmızı vərəqə alıb. O, hələ işin nə yerdə olduğunu bilmir. Digər tərəfdən, Əliyev mövsümlərarası fasilə müddətində çox istəyirdi ki, "Səbail"də qalsın. Lakin mən onun qalmamasını qərara aldım. Çox güman ki, bundan incik düşüb, işin içini bilməyə-bilməyə nə isə artıq-əksik danışmaq istəyir. Eybi yox".
51 yaşlı mütəxəssis futbolçu ilə aralarında əlbəyaxa davanın baş vermədiyini iddia edib: "Xeyr, orada heç nə yox idi. Bir anlaşılmazlıq olmuşdu. Polisin naryad çağırma səbəbini bilmirəm. Heç bir davamız da yox idi".
"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə isə futbolçusunun hərəkətindən xəbərsiz olduğunu söyləyib: "Harada? Rauf? Mən görmədim. Deyirsiz, mən də sizdən eşidirəm. Paltardəyişmə otağında da belə bir şey görmədim. Oyun bitdi, uduzduq. Rəqib komandanı təbrik edirəm. Mahmud Qurbanov da bizim həmkarımızdır, Azərbaycanın tanınmış futbolçusu olub, hazırda gənc baş məşqçilərimizdəndir. Siz dediniz, mən də araşdıraram. Oyundan sonra belə halların baş verməsi xoşagəlməzdir. Özündən böyüyə qarşı hansısa hərəkət edibsə, ona yaraşdırmıram".
Qeyd edək ki, oyun "Səbail"in qələbəsi ilə başa çatıb - 4:1.
Report
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."
Şəmkirdə evə basqın eədn iki nəfər saxlanıldı