Azercell-in əsas tərəfdaşlığı ilə “Qadın Dəstək Xətti” xidməti yaradılıb
23-08-2022 [11:08]
11611 nömrəsi indi həm də qadınlara dəstək verəcək
Azercell-in dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək.
Mia.az xəbər verir ki, “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir.
Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Dövlət Agentliyi və Maliyyə Nazirliyindən Qərbi Kaspi universitetindəki qalmaqala - Reaksiyalar (AÇIQLAMALAR)
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib