Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib

img

07-08-2022 [12:36]


Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Mia.az-a verilən məlumata görə, ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.

Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA