İslamiada: Azərbaycanın 7 cüdoçusu yarışa qatılacaq

img

04-08-2022 [15:47]


Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcək Azərbaycanın kişi cüdo millisinin heyəti bilinib.

Mia.az Cüdo Federasiyasına istinadən xəbər verir ki, 8 avqust tarixində İslamiadada iştirak üçün böyüklərdən ibarət milli yığma komandanın 7 üzvü Türkiyəyə yola düşəcək.

Onlar 15-16 avqust tarixlərində fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər. Məşqçi Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək idmançıların adlarını təqdim edirik:

Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).

Yarışda iştirak edəcək kişi cüdo millisinin hazırda Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA