"Qarabağ"ın sabiq futbolçusu qəfil vəfat edib

img

03-08-2022 [14:59]


Bakı "İnter"i (indiki "Şamaxı") və "Qarabağ"ın sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

Report Latviya Futbol Federasiyasına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi yazılmayıb.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010 - 2011-ci illərdə "Qarabağ"da çıxış edib. O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA