Çempionlar Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşib

img

02-08-2022 [14:15]


"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Mia.az xəbər verir ki, "Qarabağ" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mğlub edərsə, o zaman “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) oyununun qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşü isə sabah Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA