Qadın hakimi yumruqla vuran futbolçu həbs olunub

img

01-08-2022 [17:57]


Argentinada "İndependensiya de Çaves" və "Deportivo Qarmense" arasında keçirilən regional liqa matçında insident baş verib.

Məlumata görə, qonaq komandanın oyunçusu Kristian Tiro matçın qadın baş hakimi Dalma Kortadiyə hücum çəkib.

Referinin qərarlarından narazı qalan futbolçu arxadan onun baş nahiyəsinə zərbə endirib. Xoşbəxtlikdən, zərbə dəqiq alınmayıb və Kortadi yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

İddiaya görə, həmin hadisədən sonra oyun yarımçıq dayandırılıb, Tiro isə həbs olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA