Çempionlar Liqası: "Qarabağ" - "Ferentsvaroş" oyununun ucuz biletləri satılıb

img

01-08-2022 [13:17]


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.

Məlumata görə, iyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb/Report.

Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Mia,az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA