Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-07-2022 [00:07]
Qoç - mobil, kreativ və məqsədyönlü olun. Bir çox məsələləri dərhal həll etmək olar. Bir sıra məsələlər təcili həllini tələb edir. Amma tələskənlik etməyin. Yüz ölçüb, bir biçin. İşdə qaydalara və tələblərə riayət edin.
Günün ikinci yarısında rutin işləri sonuclandırın. Yarımçıq, tam anlamadığınız məsələlərin həllində məsləhətlərdən yararlana bilərsiniz. Yaşlı qohumlardan biri ilə ünsiyyətdə çətinliklər yaranacaq. Bir qədər mülayim, üzüyola olun.
Buğa - rəqiblər və bədxahlar üzərində qələbə çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun az qala ideal olduğunu düşünsəniz də, sizi sevindirəcək məqamlar olacaq. Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.
Əkizlər - o qədər də yaxşı gün deyil. İstəklərinizi optimallaşdırın, hədəflərinizi təftiş edin. Ambisiyalarınız irreal olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün resurs və ya qüvvəniz azlıq edə bilər.
Günün ikinci yarısında kəmhövsələ davranmayın. Praktik olun, hisslərin əsiri olmayın.
Yaşam təcrübəniz sizə bir sıra çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Yaxınlarınızdan biri ona xas olmayan davranışla sizi təəccübləndirəcək.
Xərçəng - cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli olun. Ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qorumağa çalışın. Axşam saatlarında gəzintidə, səyahətdə fayda var.
Şir - olduqca çətin məsələnin həlli ilə məşğul olmaq zamanıdır. Təsərrüfat məsələlərinin çözümünü başqalarına tapşırmayın. Daha çox pul qazanmağa çalışın.
Günün ikinci yarısında fəaliyyət prosesinə tam nəzarət edin. Xırdalıq və detalları nəzərdən qaçırmayın. Qarşınıza qoyulan məsələni, həvalə olunan tapşırığı peşəkarcasına tamamlayın.
Yaxınlarınızla təmaslarda sakit, güzəştlərə meylli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - realistsinizsə, yaxşı gündür. Situasiyanı obyektiv dəyərləndirin. Cari məsələərin həlli üçün gərəkli yolları və vasitələri arayın.
Emosiyalara əsir olsanız, uğursuzluğun acı dadını hiss edəcəksiniz.
Günün ikinci yarısındakı situasiya planlarınızı tam həyata keçirməyə imkan vermir. Yaxın ətrafınızdakı insanlar sizi əsəbiləşdirəcək, təəssüfləndirəcəklər.
Praqmat olun, yaşananları dürüst qiymətləndirin. Hər şeyi çox yaxşı və ya tam əksinə, çox pis görməyin.
Tərəzi - sərbəstlik, asudəlik və müstəqillik istəklərində ifrata varmayın. Belə davranış pərişanlıq, ruh düşkünlüyü vəd edir. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında mövcud situasiyanın həddən ziyadə nikbin qiymətləndirilməsi kobud səhvlərə səbəb ola bilər. Evdə və işdə köklü dəyişikliklər zamanı deyil. Təmirə başlamaq, iş və ya yaşam yerini dəyişmək fikrindən vaz keçin. Yaxın insanlarla söhbətdə artıq kəlmələr söyləməyin.
Əqrəb - çevik, mütəhərrik, qıvraq olun. Ambisiyalarınızı başqalarının istəklərinə fəda etməyin. Həddən ziyadə ehtiyatkarlılıq və astagəl olmağınız maraqlandığınız istiqamətdə geriləməyə səbəb ola bilər. Çalışdığınız kollektivdə əsəbləri gərməyin. Günün ikinci yarısında naqolay vəziyyətə düşməyin. Uzaq səfəri, səyahəti təxirə salın. Sevdiyiniz insanla mübahisə etməyin, çünki belədə dava başlaya bilər. Münasibətləri qoruyun. Axşam saatlarında yarımçıq işi bitirin.
Oxatan - uğur seçəcəyiniz strategiyadan asılıdır. Ona görə də qəti qərar verməzdən əvvəl ətrafa diqqətlə nəzər salın, şərtləri dəyərləndirin. Tələskənlik etməyin. Maliyyə məsələlərində yalnız intuisiyaya güvənməyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün kiçik itkilərə və o qədər də əhəmiyyətli olmayan qurbanlara hazır olun. Sevdiyiniz insan sizə dəstək olacaq. Karyera və biznesdə yeni layihəyə başlamaq olar.
Axşam saatlarında stressdən qurtulmaq üçün əylənin.
Oğlaq - ən çətin, qarışıq situasiyalarda dəmir əsəbli insan kimi davranın. Təmkin və səbr dadınıza çatacaq. Yaxın ətrafınızdakı insanlardan biri ilə qarşıdurma, həmkarların rəqabəti istisna deyil. Çalışdığınız kollektivdə mühitin dəyişməsinin hansı yön alacağını təxminləmək olmur.
Günün ikinci yarısında hisslərin diqtəsi ilə qərar verməyin. Dəyər verdiyiniz insanla söhbətdə ötənləri xatırlayaraq münasibətləri ayırd etməyə çalışmayın. Belədə təmaslar, ümumiyyətlə, kəsilə bilər.
Dolça - bəzi layihələrdən və istəklərdən əl çəkmək məcburiyyətindəsiniz. Fərdi planlar arxa plana keçir. Ən önəmli məsələni çözməyə başlayın. Ağır zəhmət çəkməli olacaqsınız. Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisində çoxsaylı problemlər yaranacaq. Texnika və avadanlıqda nasazlığın yaranması istisna deyil. Axşam saatlarını yaxınlarınıza həsr edin.
Balıqlar - uzaqgörən olun, iradəli davranın. Hadisələrlə zəngin gündür. Süstlük, zəiflik, apatiya yolverilməzdir. Emosiyaların qurbanı olmayın. Abstrakt mübahisələrə qatılmayın. Mənasız diskussiyalardan uzaq durun. Günün ikinci yarısında yeni layihəyə başlamaq fikriniz varsa, kənardan gələn məsləhətlərə qulaq asmayın. Qrupun və ya kollektivin qeyri-formal liderinə çevrilə bilərsiniz. Dəyər verdiyiniz insanla sərt danışmayın. Fikir və ya hisslərinizi ifadə etmək istəyəndə diqqətli olun.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."