Ukrayna ordusu aerodromu nəzarətə götürdü - 4 ölü (VİDEO)

img

15-04-2014 [22:16]


Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı hərbi aerodromu nəzarətə götürülməsi istiqamətində həyata keçirdiyi əməliyyat zamanı 2 Rusiya yönümlü silahlı ölüb, 2-si isə yaralanıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukrayna hərbçiləri arasında itki barədə məlumat yoxdur.

Agentliyin mənbəyinin verdiyi xəbərə görə, döyüş artıq sona çatıb, aerodrom Ukrayna ordusunun nəzarətinə keçib.

Ölənlər barədə fərqli məlumatlar daxil olur.

"Kommersant” radiostansiyasının mənbələrinin məlumatına görə, döyüş zamanı 11 nəfər ölüb.

Ukraynanın "UNN” xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir.

"Röyters” məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib.

Ukraynanın hərbi qurumları əməliyyatla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

"UNN” xəbər agentliyinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindəki mənbə əməliyyat zamanı ölən və yaralıların olduğunu bildirib, lakin ölənlərin dəqiq sayı açıqlamayıb.

"Bəli, ölənlər var. Əməliyyat davam etdirilir. Nəticələr barədə az sonra məlumat veriləcək”, deyə mənbə bildirib:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA