Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-07-2022 [00:07]
Qoç - gün uğur və irəliləyiş vəd edir. Nikbin əhval-ruhiyyə müvəffəqiyyətlərin rəhnidir. Fikirləriniz dağınıq olmasın. Bütün diqqəti əsas hədəfə yönəldin. Səyahətə və ya məzuniyyətə yollanmaq olar.
Günün ikinci yarısında alacağınız məlumatlar sayəsində cari proseslərlə bağlı informasiyalarınızı artırın. Gəlir mənbələrinizi saf-çürük edin. Axşam saatlarındakı tanışlıqlar uğur vəd edir. İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın.
Buğa - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə, əsasən, enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Əkizlər - sayıq, ehtiyatlı olun. Ətrafınızda baş verən proseslərdən agah olun. Adət və ənənələrə xilaf çıxmayın. Planlarınızla məqsədləriniz barədə yaxşı tanımadığınız insanlara danışmayın. Təfsilatlar sirr qalmalıdır. Günün ikinci yarısında çalışdığınız kollektivdə mühit pozula bilər. İşgüzar nüfuzunuza və imicinizə xələl gətirəcək addımlar atmayın. Şəxsi münasibətlərdə irəliləyiş perspektivləri var. Əlaqələri keyfiyyətcə yeni səviyyəyə çıxara bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızı möhkəmləndirmək şansını əldən verməyin.
Axşam saatlarını özünüzə həsr edin.
Xərçəng - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz. Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.
Şir - günün ilk yarısından etibarən sərbəst, asudə çalışın. İndiyədək həll edə bilmədiyiniz problemlər, sizi təqib edən çətinliklər bir qədər səngiyəcək. Yarımçıq prosesin məntiqi sonluğunu görməyə can atın.
Günün ikinci yarısında karyeranızda yeni perspektivlər yaranır. Gəlir mənbələrinin sayını artırmaq barədə düşünün. Fikrinizi açıq söyləməkdən çəkinməyin. Parlaq, cəsur, fəal insan olun.
Axşam saatlarında yeni faydalı əlaqələr yaratmaq, həmfikirlərdən dəstək almaq olar.
Qız - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.
Tərəzi - günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişlidir. Yeni informasiya, biliklər və təcrübə əldə edəcəksiniz. Fəaliyyətinizdə müsbət emosiyalar olacaq.
Günün ikinci yarısında alacağınız məlumatları yoxlayın. Qəfil tanışlıq istisna deyil. Köhnə dostlardan biri özünü xatırladacaq. Kinli insanın maskasının yırtılacağı anı gözləməyin. Beləsindən uzaq durun.
Axşam saatlarında şəhərdən kənara yollanın.
Əqrəb - uğurlarınız qarşınıza qoyduğunuz məqsədlərin ciddiliyindən asılıdır. Qətiyyətli olun, kiçik problemlərə aldanaraq ruhdan düşməyin. Maneələr və sədlər sizi yoldan sapdırmamalıdır.
Planlarınızda təftiş apara bilərisiniz. Günün ikinci yarısında böyük məbləğdə maliyyə vəsaiti ilə risk etməyin. Maddi durumunuzun stabilliyi illüzor gəlirlər imkanlarından daha üstündür. Şəxsi münasibətlərdə uğur əldə edəcəksiniz. Yaxınlarınızdan biri planlarınızla maraqlanacaq.
Oxatan - əqidənizə xəyanət etməyin. Prinsiplərinizi unudaraq ani gəlir vəd edən işlərə qatılmayın. Təcrübənizi və biliklərinizi yaradıcı şəkildə nümayiş etdirin. Yeni layihə çərçivəsində müstəqil çalışın. Kənardan yardım gözləməyin. Aylardan bəri sizi narahat edən məsələni günün ikinci yarısında həll edə biləcəksiniz. Yaxınlarınızla söhbət eyninizi açacaq, əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında qayğıları unudun.
Oğlaq - mövcud situasiyaya bir qədər fərqli baxın. Problemlər məngənəsində olduğunuzu düşünüb bədbinliyə qapılmayın. Çətinliklərin həlli prosesində alternativ vasitələri sınayın.
Günün ikinci yarısında başqalarının işlərini yerinə yetirməyə çalışmayın. Belədə daha sürətlə irəliləyə biləcəksiniz. Yalnız yaxşı bildiyiniz məsələlərlə bağlı fikir yürüdün. Axşam saatları ünsiyyət üçün münasibdir.
Səmimi, qayğıkeş olun.
Dolça - uğurlu, asan və rahat gündür. Gücünüz artacaq, özünüzü daha potensiallı hiss edəcəksiniz. Qarşılaşdığınız problemləri çözə biləcəksiniz. Texniki avadanlıq, yaxud vasitələrinizdən birini yeniləyə bilərsiniz. Günün ikici yarısı qrup, kollektiv tərkibində işləmək üçün faydalıdır. Yeni layihəyə qatıla bilərsiniz. Yeni dostlar, həmfikirlər və şəriklər qazana bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısından hadisələr sürətlənəcək. Cari işləri diqqətlə yerinə yetirsəniz, xeyli irəliləyə bilərsiniz. Bununla yanaşı, məntiqli davranın. Soyuqqanlı olun.
Günün ikinci yarısında sənədlər və hesablamalarla iş zamanı sayıq olun. Ciddi səhvlərə yol verməyin. Nəqliyyatda ətrafınıza diqqətlə nəzər salın. Psixoloji cəhətdən səbatlı insan təsiri bağışlayın. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa can atın. Axşam saatlarında yumor hissi sizə yeni tanışlar əldə etməyə imkan verəcək.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı