Penitensiar Xidmətdə keçirilən bir müşavirənin iziylə... - Nə baş verir?
25-07-2022 [15:32]
İyul ayının 22-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki (6 aylıq) fəaliyyətin yekunlarına dair videokonfrans formatında müşavirə keçirilib. Bəs, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni niyə onlayn formatda təşkil edib? Şübhəsiz ki, müşavirənin bu şəkildə keçirilməsi Penitensiar sistemdəki ciddi nöqsanların və qanunsuzluqların üzə çıxmasının qarşısını almaq məqsədini daşıyır. Eləcə də, son günlər koronavirus xəstəliyi ilə bağlı müşahidə olunan artım Penitensiar Xidmətin rəhbərliyinə bu məsələdə “yardımçı” olub.
Müşavirədə çıxış edənlər – C.Həsənov və onun müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş “nailiyyətlər”dən danışaraq, nitqlərini ənənəvi tərif və primitiv notlar üzərində qurublar. Uzun illərdir Penitensiar sistemdə “daşlaşan” korrupsiya hallarından, orada baş verən qanunsuzluqlardan danışan olmayıb. Hətta Penitensiar Xidmətin rəhbərliyi İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) aşkarladığı nöqsanlar barədə də yalanlar danışmağa məcbur olub. Bu haqda daha sonra…
Ötən illə müqayisədə bu il Penitensiar sistemdəki mənfi hallar statistik göstərəcisini artırıb, orada baş verən qanunsuzluqların əhatə dairəsi daha da genişlənib və korrupsiya halları inanılmaz həddə çatıb.
Məsələn, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ötən illə müqayisədə bu il məhkumların sayın kifayət qədər çoxalıb.
Ötən il cəzaçəkmə müəssisələrində 69 nəfər vəfat etmişdisə, bu il vəfat edənlərin sayı 76 nəfərdir. Ötən illə müqayisədə bu il intihara cəhd hallarında da ciddi artım müşahidə olunur.

Penitensiar sistemdə niyə köklü dəyişikliklər həyata keçirilməlidir?
Penitensiar sistemdə fəlakət həddinə çatan problemlərlə bağlı Azsiyaset.com saytında mütəmadi olaraq ciddi məqalələr dərc olunub. Bu məqalədən sonra da orada hər hansı dəyişikliyin baş verəcəyini düşünmək ciddi suallar doğurur. Amma son günlər Azərbaycanda baş verən əhəmiyyətli və strateji hadisələr Penitensiar sistemdəki özbaşınalıqların yenidən gündəmə gətirilməsini zərurətə çevirir. Azərbaycanın yeni inkişaf relsinə qədəm qoyması bütün sahələrdə təmizləmə tədbirlərinin həyata keçirilməsini sürətləndirib.
Zəngilanın Ağalı kəndidə onlarla ailənin köçürülməsi, Gömrük Komitəsində həyata keçirilən həbslər, Ursula fon der Leyenin səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında tarixi enerji sazişinin imzalanması, idman sahəsində əldə olunanciddi nailiyyətlər ölkəmiz üçün yeni üfüqlər açır. Bu baxımdan, islahatlardan kənarda qalan bütün sahələrdə, xüsusilə, dövlətin yeni mərhələdə inkişafına mane olan, korrupsiya bumuna çevrilən Penitensiar sistemdə ciddi tədbirlərin həyata keçirilməsi qaçılmazdır.
Penitensiar Xidmətin qapalı müəssisə olması oradakı korrupsiya hallarının, inanılması mümkünsüz olan, amma real və dəhşətli qanunsuzluqların üzə çıxmasına mane olur. C.Həsənovun yaratdığı dəhşətli mənzərədən cəmiyyətin xəbərsiz olması məhz Penitensiar Xidmətin qapalı müəssisə olması ilə bağlıdır. Azərbaycanın müsbətə doğru dəyişən siyasi dinamikası fonunda bu qurumun aparılan islahatlardan kənarda qalması dövltəçilik üçün ciddi təhülkə yaratmaqdadır.
Ramiz Mehdiyev ənənələri Penitensiar sistemdə yaşamaqdadır…
Penitensiar Xidmətin inzibati idarəçilik mexanizmləri, orada baş verən hadisələr qalib Azərbaycan dövlətinin müasir və çevik idarəçilik prinsiplərinin tələblərinə heç bir halda cavab vermir. Xidmətin mövcud spesifikası Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dönəmindəki dağıdıcı idarəçilik prinsiplərinə xasdır. Azərbaycanda R.Mehdiyev ənənənələrinin xüsusi nəfəsliklə qorunub saxlanıldığı əsas məkan məhz Penitensiar Xidmətdir. Bu prizmadan C.Həsənovu R.Mehdiyevin “idarəçilik varisi” – xələfi hesab etmək olar.
Hazırda C.Həsənovun mövcud “personası” iki rels üzrə özünü göstərməkdədir:
– Əldə olunmuş külli miqdarda vəsaitlər hesabına böyük şəxsi biznes şəbəkəsinin yaradılması (“Salyanaqro” MMC, dövlət qoruqlarında şəxsi təsərrüfatın yaradılması, əmlaklar və s. – Bu haqda daha sonrakı məqalədə faktları, fotoları təqdim edəcəyik).
– Yuxarı instansiyalara verilən yalan vədlərlə R.Mehdiyevə xas şəkildə özü haqqında toxunulmazlıq, əlçatmazlıq obrazı yaratmaq… Təcrübə göstərir ki, bu amil məmurlar üçün ən təhlükəli və onların gələcəyini ciddi sual altına salan əsas bürökratik tabludur.
Kriminallaşan cəmiyyət, həbsdən qorxmayanlar ordusunun yaradılması…
Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyadan olan insanlar cəza çəkir – kriminal qruplaşmaların üzvləri, narkotik maddələrin satışı ilə məşğul olanlar, müxtəlif cinayət törədənlər, dindarlar və s. Amma bütün bu məhbusların hamısı vahid “üsul”la – pulla saxlanılır, heç bir islah prosesi aparılmır. Cəzaçəkmə müəssisələrinin mövcud mənzərəsi belədir: pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan, pulun yoxdursa, məhv olub gedəcəksən. Təsadüf deyil ki, bu şəxslər həbsdən azad ediləndən sonra yenidən köhnə “peşə”lərinə qayıtmış olurlar – narkotik satanlar yenidən və daha geniş şəkidə cəmiyyəti zəhərləməyə çalışırlar, müxtəlif cinayət törədənlər bu dəfə daha təhlükəli cinayətkar kimi cəmiyyətə buraxılırlar, dindarlar daha da aqressivləşirlər. Artıq bu şəxsləri həbslə qorxutmaq heç bir effekt vermir.
Penitensiar sistemdə islahatlar aparılmasa, cəmiyyətimizin böyük bir qismi kriminal ünsürlərdən ibarət olacaq və sabah bunun qarşısını almaq mümkünsüz hala çevriləcək.Məhbuslara baxış, cəzaçəkmə müəssisələrinin mahiyyətinə yanaşma dəiyişməlidir. Amma dəyişmir! Çünki Penitensiar Xidmətin rəhbərliyi dövlətin resurslarını şəxsi maraqlarının əsas təminatçısına çevirib. Məhbusların islahlı prosesi ilə bağlı ilə bu qurumdan hökumətə heç bir təklif daxil olmur. Məntiqlə baxanda, hökumətə təkliflər paketi məhz Penitensiar Xidmətin özündən çıxmalıdır.
Müəllif: Samir Feyruzov
Azsiyaset.com
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev