Konfrans Liqası: “Neftçi” – “Aris” oyununun biletləri neçəyə satılır?

img

25-07-2022 [14:49]


UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Mia.az xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir. Biletləri onlayn əldə etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər:
https://iticket.az/events/sport/neftci-pfk-aris-limassol

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA