Şirvanın icra başçısı sakinlərlə açıq havada səyyar qəbul keçirib - FOTOLAR
22-07-2022 [16:43]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Mədəniyyət Mərkəzinin önündə açıq havada həmin ərazidə yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirib.
Mia.az xəbər verir ki, görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə səyyar qəbul-görüşlərin keçirildiyini bildirib. Korona virus infeksiyasının geniş yayıldığı pandemiya dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı ilə fərdi və kollektiv formada qəbulların dayandırıldığını, lakin bu ilin mart ayından xüsusi karantin rejiminin qaydaları yumşaldılıqdan sonra yenidən belə səyyar qəbul-görüşlərin keçirilməsinə start verildiyini bildirib. Görüş iştirakçılarını və onların simasında Şirvan şəhər ictimaiyyətini işğaldan azad olunan torpaqlara Böyük qayıdışın yeni mərhələsinin başlanması münasibətilə təbrik edib.
“Ağıllı şəhər, kənd” layihələri çərçivəsində yenidən qurulan Ağalı kəndinə sakinlərin qayıdışının yeni mərhələsinin başlandığını qeyd edib. İnanırıq və əminik ki, işğaldan azad edilən tarixi torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri, infrastruktur layihələr tezliklə başa çatacaq və əvvəllər həmin ərazidə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından, dövlət başçısının Ali Baş Komandan kimi Vətən müharibəsində Zəfəri təmin edən uğurlu rəhbərliyindən, dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdən, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasından, qərəzli mövqeləri ilə fərqlənən, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq qurumların rəhbərlərini susdurduğunu bildirib. Vətən müharibəsində ordu və xalqın bir yumruq kimi prezidentin ətrafında birləşdiyini qeyd edib.
Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, ölkədə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev