Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-07-2022 [00:07]
Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız.
Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.
Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər.
Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.
Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur. Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.
Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar.Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın.Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.
Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin. Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın. Dözümlü olun.
Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin.
Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın. Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin.
Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin.
Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil. Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır. Stressdən qurtulun.
Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır. Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək.
Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar. Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin.
Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun. İntuisiyanızdan faydalanın. Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın. Düşünülməmiş sözlər sizi pərt edə bilər.
Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil.
Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin. Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur.
Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq. Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev