Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
22-07-2022 [14:15]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Mia.az Dövlət Komitəsinə istinadla xəbər verir ki, iclasda Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə konkret tapşırıqlar verdiyi xatırladılıb. Dövlətimizin başçısı müvafiq qurumlara gələn ilin büdcəsinə infrastruktur, yaşayış binaları, kəndlərin qurulması üzrə layihələrin daxil edilməsini tapşırıb. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə və açılan iş yerlərində yerli sakinlərin - keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması mühüm bir vəzifə kimi qarşıya qoyulub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə komitənin fəaliyyət istiqamətləri üzrə verdiyi tapşırıqların icrası təmin ediləcəkdir.
Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınan Ağalı kəndinə qayıdışının başlanmasını tarixi hadisə kimi dəyərləndirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev son iki gün ərzində 20 ailənin yola salındığını və bundan sonra da köçürülmənin yüksək səviyyədə təşkil edilməsinin vacibliyini bildirib.
Böyük Qayıdışın daha da sürətləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparıldığı qeyd edilib.
Kollegiya iclasında, həmçinin komitənin elektron bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, təchizat və istehsalat sahələrində işlərin təşkili və s. məsələlərə baxılıb, müvafiq tapşırıqlar verilib, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndinə yerli sakinlərin köçürülməsinin növbəti mərhələlərinin də ardıcıl şəkildə icra olunması üçün komitənin şöbə və departamentlərinə müvafiq tapşırıqlar verilib.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev