Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-07-2022 [00:05]
Qoç - ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud olmayın. Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə, müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına fikir verin, detalları nəzərdən qaçırmayın.
Buğa - böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə diqqətli olun.
Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin. Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi çox vaxt apara bilər. Laqeyd olmayın.
Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun. Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.
Xərçəng - mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin.
Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes, karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli davranın.
Şir - günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.
Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.
Qız - yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar. Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.
Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın, ruhdan düşməyin.
Tərəzi - resurslarınızı olduğundan artıq qiymətləndirməyin. Can atdığınız məqsədə maksimal sürətlə irəliləmək üçün gərəkli variantlardan praqmatikcəsinə yararlanın. Əsas diqqəti aktual işlərin görülməsinə yönəldin. Bu işlərin nəticəsi prosesə təsir edir.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz. Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.
Əqrəb - yaxşı, rəvan, asudə gündür. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Cari işlərin, rutin proseslərin ciddi müdaxiləyə ehtiyacı yoxdur. Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri sərinlətməyin. Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.
Oxatan - səhər saatlarından etibatən tərəfdaşınızla problemlər yaratmayın. Həmkarlarla, şəriklərlə rəvan, normal münasibətlər qurun. Mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın.
Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin. Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini ertələyin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq - çalışdığınız sahədə problemlər yaradacaq. Dəyər verdiyiniz insanlardan biri ilə fikir ayrılığı, mübahisə istisna deyil. Təmkinli, soyuqqanlı olun. Emosiyaların köləsinə çevrilməyin.
Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə olunması üçün müəyyən güzəştlərə ehtiyac var. Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.
Dolça - kiçik, amma cansıxıcı işlər az olmayacaq. Məişət qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı yanlış dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.
Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.
Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların "məsləhət"lərinə inanmayın. Yaltaqlardan uzaq durun.
Balıqlar - günün ilk yarısından etibarən proseslər gərgin və qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət etdiyiniz vasitələrlə həll etmək asan deyil. Bəzi mühüm məsələləri təxirə salmadan, dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün çox vaxt yoxdur.
Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı