Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-07-2022 [00:05]
Qoç - Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz. Normal istirahət edin.
Buğa - Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın. Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun. Ötənləri xatırlayıb köks ötürməyin.
Əkizlər - Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın. Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın. Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar. Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir.
Xərçəng - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin. Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar. Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin. Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq. Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun.
Şir - Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin.
Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın.
Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin. Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.
Qız - Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin. Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin. Problemli sahəni maneələrlə sədlərdən təmizləyin. Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək. Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun.
Tərəzi - Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun. Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın.
Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.
Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun. Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin.
Oxatan - Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın. Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır. Anlaşmaları yerinə yetirin.
Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz. Axşam saatlarında duruma nəzarət edin.
Oğlaq - Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər.
Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər. Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün. Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin. Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.
Dolça - Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın.
Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin. Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın.
Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin.
Balıqlar - Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.
Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı