Çempionlar Liqası: "Qarabağ" "Sürix"ə qalib gəldi - VİDEO (Yenilənib)
19-07-2022 [21:50]
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrənin "Sürix" komandası ilə üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunun 17-ci dəqiqədə Kadi Borges hesabı açıb. Qolun artından İbrahima Vadji əlinə düşən əlverişli imkanı boşa verib. 27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib.
Bununla da komandamız fasiləyə 2-0 üstünlüklə yollanıb.
İkinci yarının 50-ci dəqiqəsindən sonra İsveçrə təmsilçisi hücumlarının sayını artırıb. "Sürix"in bir neçə təhlükəli epizodunda qapıçı Şahruddin Məhəmmədəliyev topun qapıdan keçməsinə imkan verməyib. Bir saatın tamamında Filip Ozobiçin yerinə meydana Ramil Şeydayev daxil olub.
65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 71-ci dəqiqədə Elvin Cəfərquliyev yerini Toral Bayramova, Marko Yankoviç isə İsmayıl İbrahimliyə verib. 78-ci dəqiqədə Kvabena Ovusu görüşdə dubl edən İbrahima Vadjinin, Abbas Hüseynov Marko Veşoviçin yerinə meydana daxil olub. 85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.
Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
****
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub.
Mia.az xəbər veirr ki, 65-ci dəqiqədə qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.
Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. Azərbaycan təmsilçisi hazırda 3:1 hesabı ilə öndədir.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Mia.az xəbər verir ki, ilk yarıdan sonra "köhlən atlar" 2:0 hesabı ilə öndədir.
"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub.
***
Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və İsveçrə "Sürix"inin start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Baş məşqçi: Franko Foda
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da başlanacaq.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."