4 güləşçimiz Avropa çempionu olub

img

19-07-2022 [09:15]


Azərbaycanın 4 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatında qızıl medal qazanıb.

Mia.az xəbər verir ki,  Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (44 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Həsən Həsənov (44 kq) ikinci, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş üzrə milli 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığma bütün komandalardan üstün olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA